Home » Maliyyə Monitorinqi Xidmətinin büdcəsi 51 % artıb

Maliyyə Monitorinqi Xidmətinin büdcəsi 51 % artıb

by Zeyneb
0 comments 1 views 1 minutes read

2024-cü ildə Maliyyə Monitorinqi Xidməti (MMX) 6,525 milyon manat gəlir əldə edib ki, bu da 2023-cü illə müqayisədə 50,9 % çoxdur.

Ötən il qurumun xərcləri də eyni səviyyədə artıb. İnsan resursları üzrə xərclər 5,423 milyon manat (43,8 % çox), köhnəlmə və amortizasiya xərcləri 532 min manat (4,2 dəfə çox), inzibati xərclər isə 570 min manat (34,1 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə MMX-nın aktivləri 11,98 milyon manat olub (10,9 % çox). Qurumun öhdəlikləri 15,5 % artaraq 8,752 milyon manata çatıb, balans kapitalı isə 3,227 milyon manat səviyyəsində qalıb.

Xatırladaq ki, MMX Prezidentin 25 may 2018-ci il tarixli fərmanı ilə yaradılıb və qurumun əsas məqsədi çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınmasıdır.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.