Home » “Microsoft” 60 milyard dollarlıq səhmləri geri alınması proqramına başlayacaq

“Microsoft” 60 milyard dollarlıq səhmləri geri alınması proqramına başlayacaq

by yunus
0 rəy 0 baxış 1 dəqiqə oxuma

ABŞ-nin texnologiya nəhəngi “Microsoft” 60 milyard dollar həcmində səhmlərin geri alınması proqramına başlamaq niyyətindədir.

BBN.az xəbər verir ki, bu barədə “Bloomberg” şirkətin bəyanatına istinadən məlumat yayıb.

Bildirilib ki, proqramın bitmə tarixi yoxdur və istənilən vaxt başa çata bilər.

Bundan əlavə, “Windows” tərtibatçısı rüblük dividendlərin 10% artaraq hər səhmə görə 0,75 dollardan 0,83 dollara qədər artdığını açıqlayıb. Ödənişlər dekabrın 12-də baş tutacaq, səhmdarların reyestrinin bağlanması isə noyabrın 21-nə təyin edilib.

Qeyd edək ki, “Microsoft”un səhmləri çərşənbə axşamı ticarətdən sonra 0,7% artıb. Bu ilin əvvəlindən şirkətin bazar dəyəri 14,7% (3,2 trilyon dollara qədər) artıb.

 

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.