Home » “Moody’s” ABŞ-ın kredit reytinqini ilk dəfə aşağı saldı

“Moody’s” ABŞ-ın kredit reytinqini ilk dəfə aşağı saldı

by yunus
0 comments 0 views 1 minutes read

“Moody’s” ABŞ-ın Kredit Reytinqini Aşağı Salan Sonuncu Reytinq Agentliyi Oldu.

BBN.az xəbər verir ki, beynəlxalq kredit reytinqi agentliyi “Moody’s” ilk dəfə olaraq ABŞ-ın kredit reytinqini aşağı salıb.

Agentlik yarandığı gündən bəri ABŞ-a ən yüksək – “Aaa” səviyyəsində kredit reytinqi verirdi. Lakin bu dəfə “Moody’s” ABŞ-ın uzunmüddətli emitent və yüksək səviyyəli təminatsız istiqraz reytinqlərini bir pillə azaldaraq “Aaa”dan “Aa1” səviyyəsinə endirib.

Qeyd edək ki, “Moody’s” ABŞ-ın kredit reytinqini ən yüksək səviyyədə saxlayan sonuncu böyük reytinq agentliyi idi. Daha əvvəl, “S&P Global” 2011-ci ildə, “Fitch” isə 2023-cü ildə ABŞ-ın kredit reytinqini bir pillə aşağı salmışdı.

Agentlik bu qərarını 2023-cü il üçün iqtisadi və maliyyə proqnozlarının zəifləməsi ilə əsaslandırıb.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.