Home » “Morgan Stanley” neft qiymətləri üzrə proqnozunu daha da aşağı salıb

“Morgan Stanley” neft qiymətləri üzrə proqnozunu daha da aşağı salıb

by yunus
0 comments 0 views 1 minutes read

ABŞ-ın “Morgan Stanley” investisiya bankı təxminən iki həftə ərzində ikinci dəfə neft qiymətləri üzrə proqnozunu aşağı salıb. Buna səbəb Hörmüz boğazı vasitəsilə neft axınlarının gözləniləndən daha sürətlə bərpa olunması olub.

BBN.az Bloomberg agentliyi bankın analitik materialına istinadən yaydığı məlumata istinadən xəbər verir ki, eyni zamanda, ABŞ-da yüksək neft hasilatı və Çində zəif tələbat qlobal bazarda təklif artıqlığı riskini artırır.

Bankın Martijn Ratsın rəhbərlik etdiyi analitiklər qrupunun proqnozuna əsasən, fiziki neft əməliyyatları üçün etalon göstərici hesab olunan “Dated Brent” markalı neftinin bir bareli üzrə orta qiyməti cari ilin III və IV rüblərində bir barel üçün 75 ABŞ dolları təşkil edəcək. Bu göstərici əvvəlki proqnozla müqayisədə III rüb üzrə 15 ABŞ dolları, IV rüb üzrə isə 5 ABŞ dolları aşağıdır.

Bundan başqa, Morgan Stanley gələn ilin bütün dörd rübü üzrə qiymət proqnozlarını da aşağı salıb. Yenilənmiş proqnoza görə, 2027-ci ilin sonuna “Dated Brent” markalı neftin qiymətinin bir barel üçün 70 ABŞ dolları olacağı gözlənilir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.