Moskva metrosu biometrik ödənişə keçir

Dünyanın ən böyük metro sistemlərindən birinə malik olan Moskva Metropoliteni 15 oktyabr tarixindən etibarən barmaq izi və üz tanıma funksiyalarını özündə birləşdirən biometrik ödənişləri aktivləşdirəcək. Bu barədə, Moskva şəhərinin meri Sergey Sobyanin mətbuata açıqlamasında bildirib.

“Google” və “Mastercard” şirkətlərinin Rusiyanın “VTB” bankı ilə tərəfdaşlığı nəticəsində ərsəyə gələn və “Troika” adı altında fəaliyyət göstərən bu virtual karta istifadəçilər biometrik məlumatlarını daxil edərək ictimai nəqliyyatdan daha sürətli və rahat ödəniş edib keçə biləcəklər.

Məlumat üçün qeyd edək ki, ilkin olaraq avqust ayının əvvəllərində metronun bir neçə xəttində sınaq mərhələsinə start verilən “Troika” 65 min metropoliten işçisi tərəfindən istifadə edilib və sınaqlar uğurla yekunlaşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır