Home » Oktyabrda Avrozonada illik inflyasiya 2 faiz təşkil edib

Oktyabrda Avrozonada illik inflyasiya 2 faiz təşkil edib

by yunus
0 comments 0 views 1 minutes read

Avropa Statistika İdarəsi (Eurostat) Avrozona və Avropa İttifaqının (Aİ) oktyabr ayı üzrə yekun inflyasiya məlumatlarını dərc edib.

BBN.az xəbər verir ki, Avrozonada sentyabrda 1,7 faiz  olan illik inflyasiya oktyabrda 2 faizə yüksəlib. Oktyabr ayında CPI aylıq bazda  0,3 faiz olub.

Oktyabr ayında Avrozonada illik inflyasiyanın 2 faiz, aylıq inflyasiyanın isə 0,3 faiz olacağı bazar gözləntiləri idi.

Avrozonada baza inflyasiyası oktyabrda illik 2,7 faiz, aylıq isə 0,2 faiz səviyyəsində ölçülüb.

Beləliklə, Avrozonada inflyasiya səviyyəsi oktyabrda Avropa Mərkəzi Bankının (AMB) 2 faiz hədəfinə çatdı.

Aİ-də sentyabrda 2,1 faiz olan illik inflyasiya oktyabrda 2,3 faizə yüksəlib.

Aİ-yə uyğun məlumatlara görə, oktyabr ayında illik inflyasiya ən yüksək olan ölkələr 5 faiz ilə Rumıniya, 4,5 ilə faiz Belçika və Estoniya, 4,2 faiz ilə Polşa olub.

Oktyabrda illik inflyasiya Almaniyada 2,4 faiz, Fransada 1,6 faiz, İtaliyada 1 faiz, İspaniyada isə 1,8 faiz müəyyən edilib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.