

Özəl sektorda əmək müqavilələrinin sayında ciddi artım müşahidə olunur.
BBN.az xəbər verir ki, 2025-ci il iyunun 1-nə olan məlumata əsasən, Azərbaycanda qüvvədə olan əmək müqavilələrinin sayı 1 milyon 867 min 346-ya çatıb. Bu, 2019-cu ilin əvvəli ilə müqayisədə 465 min 431 müqaviləlik artım deməkdir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqlamasına görə, artım əsasən qeyri-neft sektorunun özəl bölməsində qeydə alınıb. Belə ki, bu sahədə əmək müqavilələrinin sayı 451 min 200 vahid artaraq 991 min 122-yə yüksəlib.
Qurum qeyd edir ki, əmək müqavilələrinin sayındakı bu artım iqtisadi aktivliyin və əmək bazarının şəffaflaşmasının göstəricisidir.