Home » Qarabağ və Şərqi Zəngəzurda yaşıl və səmərəli texnologiyaların tətbiqi müzakirə olunub

Qarabağ və Şərqi Zəngəzurda yaşıl və səmərəli texnologiyaların tətbiqi müzakirə olunub

by anar
0 comments 0 views 1 minutes read

Energetika Nazirliyində işğaldan azad edilmiş ərazilərdə yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupunun 9-cu iclası keçirilib.

İşçi Qrupunun sədri, energetika naziri Pərviz Şahbazov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa, tikinti, quruculuq tədbirlərindən bəhs edərək bu prosesdə “yaşıl enerji zonası” konsepsiyasının tətbiqinə xüsusi əhəmiyyət verildiyini vurğulayıb. Bu ərazilərdə enerji səmərəliliyini və bərpa olunan enerjidən istifadəni təmin edən müasir yanaşmanın tətbiqinin genişlənməsi müsbət qiymətləndirilib. Burada   günəş, külək  və su elektrik stansiyalarının  inşasının  Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” kimi inkişafına töhfə verəcəyi qeyd olunub.

Ötən iclasda qəbul edilmiş qərarların icrası istiqamətində görülmüş işlərə dair  İşçi Qrupun Katibliyi tərəfindən hesabat təqdim olunub. Həmçinin Qarabağ və Şərqi Zəngəzurun 11 şəhər və kəndində cari il ərzində həyata keçirilmiş monitorinqlərin nəticələri barədə məlumat verilib. Burada günəş panelləri və kollektorları, LED əsaslı işıqlandırma qurğuları, elektrik doldurma məntəqələri, ağıllı skamyaların quraşdırılması, habelə istilik izolyasiya materialları və enerjiyə qənaət edən lampalardan istifadənin mövcud vəziyyətini əks etdirən göstəricilər diqqətə çatdırılıb. Fərdi yaşayış evləri və inzibati-ictimai binalarda damüstü günəş panellərinin quraşdırılması ilə bağlı İcra Mexanizminə dair təqdimatda isə texniki meyarlar, icra mərhələləri və layihənin genişləndirilməsi imkanlarından bəhs olunub. Şuşa şəhərində qazanxanaların enerji təchizatına dair fikir mübadiləsi aparılıb və bu istiqamətdə gələcək addımlar nəzərdən keçirilib.

İclasda İşçi Qrupuna daxil olan dövlət qurumları ilə yanaşı işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri və “Bərpa Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxslər, eləcə də Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, “Azəristiliktəchizat” ASC və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu təmsil olunub.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.