İRİA-nın sədrinin müavini Rəşad Xalıqov Qazaxıstanın paytaxtı Astanaya səfəri çərçivəsində iki ölkə arasında rəqəmsallaşmanın prioritet istiqamətləri üzrə təcrübə mübadiləsi müzakirə edilib.
Belə ki, Agentlik rəsmisi Qazaxıstan Respublikasının rəqəmsal inkişaf, innovasiya və aerokosmik sənaye nazirinin birinci müavini Kanış Tuleyuşin, həmçinin əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Yerbol Ospanovun rəhbərlik etdiyi heyətlə ayrılıqda görüşlər keçirib.
Müzakirələr zamanı hökumət xidmətlərinin rəqəmsallaşdırılmasında texniki həllərin tətbiqi və rəqəmsallaşma istiqamətində hüquqi bazanın dəyişdirilməsi mövzuları ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.