Home » Rusiya iki avrobond üzrə kupon ödənişlərini dollar ilə həyata keçirib

Rusiya iki avrobond üzrə kupon ödənişlərini dollar ilə həyata keçirib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

ABŞ mərkəzli “JPMorgan” bankı Rusiya Federasiyasından iki avrobond üzrə kupon ödənişlərinin alındığını açıqlayıb. Müvafiq olaraq 2023 və 2043-cü ilədək müddətli avrobondların emissiyası üzrə 117 milyon dollarlıq kupon ödənişi USD valyutasında həyata keçirilib. Kupon ödənişləri “Citi” tərəfindən həyata keçiriləcək yoxlamalardan sonra investorlara yönəldiləcək.

14 mart tarixində Rusiyanın Maliyyə Naziri Anton Siluanov ictimaiyyətə açıqlamasında vurğulamışdı ki, Rusiya Mərkəzi Bankının qızıl-valyuta ehtiyatlarının Qərbin sanksiyaları səbəbindən dondurulması xarici valyutaya əlçatanlığın çətinləşməsinə gətirib çıxardığından dövlət borcunun rubl və ya dollar ilə ödənilməsi sual altında qalır.

Məlumat üçün qeyd edək ki, rus rublu bu il dollar qarşısında 45%-dən çox dəyər itirib və 1998-ci ildən bu yana qeydə alınan ən aşağı səviyyəsinə çatıb. Digər tərəfdən isə, Rusiyanın faiz ödənişlərini həyata keçirməməsi və ya yerli valyuta ilə ödəniş cəhdi defolta gətirib çıxara bilər.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.