Home » Sahibkarlığın İnkişafı Fondunun 2023-cü il üzrə maliyyə hesabatı açıqlanıb

Sahibkarlığın İnkişafı Fondunun 2023-cü il üzrə maliyyə hesabatı açıqlanıb

by ulviyya
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Fond tərəfindən son dövrlərdə daha çox kiçik və ortahəcmli kreditlər verilib.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun 2023-cü il üzrə maliyyə hesabatı açıqlanıb. Hesabata əsasən, 2023-cü ildə Fondun əməliyyat gəlirləri 2022-ci il ilə müqayisədə 53% artaraq 20,779 min manat olub. Əməliyyat xərcləri çıxılmaqla, Fondun vergidən əvvəl mənfəəti 15,108 min manat təşkil edib. Mənfəət vergisi xərci 2023-cü ildə 2,605 min manat təşkil edib. Fond, 2023-cü ili 12,503 min manat mənfəətlə başa vurub. 31 dekabr 2023-cü il tarixinə Fondun cəmi aktivləri 6% artaraq 1,011,496 min manat, öhdəlikləri 837 min manat və kapitalı 1,010,659 min manat təşkil edib.

Sahibkarların maliyyə əlçatanlığının artırılması məqsədilə Fond tərəfindən son dövrlərdə daha çox kiçik və ortahəcmli kreditlər verilib. Beləliklə, kiçikhəcmli kreditlərin ümumi balans dəyəri 25% artaraq 130,447 min manat, ortahəcmli kreditlər isə 24% artaraq 169,936 min manat olub. Əlavə olaraq, hesabat dövrü ərzində Fondun sənaye sektoru üzrə kredit qoyuluşlarının artması nəticəsində kredit portfelinin diversifikasiyası təmin olunub. Belə ki, kredit portfelinin həmin sektor üzrə ümumi balans dəyəri 10% artaraq 307,536 min manata çatıb. Sənaye sektoru üzrə kredit portfelinin ümumi kredit portfelində xüsusi çəkisi 33%-ə yüksəlib.

Qeyd edək ki, Fondun illik maliyyə hesabatlarının beynəlxalq mühasibat uçotu standartlarına uyğunluğu müstəqil auditor şirkətləri tərəfindən hər il yoxlanılır. 2023-cü ilin maliyyə hesabatları “Baker Tilly Azərbaycan” audit şirkəti tərəfindən audit olunub və hesabatlara müsbət auditor rəyi verilib. Audit rəyinə əsasən, maliyyə hesabatları Fondun 31 dekabr 2023-cü il tarixinə olan maliyyə vəziyyətini, habelə göstərilən tarixdə başa çatmış il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli şəkildə əks etdirir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.