![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
“Samsung Electronics” rüblük əməliyyat gəlirinin təxminən 96% azalmasından sonra yaddaş çip istehsalını azaldacaq. Dünyanın ən böyük çip istehsalçısı qeyd edib ki, satışlar qlobal iqtisadiyyatın zəifləməsi və pandemiyadan sonra tələbin azalmasından dolayı kəskin şəkildə enib.
BBN.az BBC Business-ə istinadən xəbər verir ki, “Samsung”dan qeyd edilib ki, ilkin rəqəmlər göstərir ki, yanvar-mart aylarında əməliyyat gəlirləri bir öncəki ildəki 14 trilyon vondan 600 (455 milyard dollar) milyard vona enib. Maraqlıdır ki, şirkətin çip istehsalını azaldacağını bəyan etməsindən sonra səhmlərinin dəyəri 4%-dən çox artıb.