Home » SESRIC rəsmisi: “Yaşıl texnologiyalar” dayanıqlı şəhər inkişafının əsas açarıdır

SESRIC rəsmisi: “Yaşıl texnologiyalar” dayanıqlı şəhər inkişafının əsas açarıdır

by Zeyneb
0 comments 1 views 1 minutes read

“Yaşıl texnologiyalar” İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə şəhərlərin dayanıqlı inkişafının əsas açarı hesab olunur.

Bu fikirləri SESRIC-in İnformasiya və İnformasiya Texnologiyaları Departamentinin direktoru Əbu Naser Huda Ümumdünya Şəhərsalma Forumu 13 çərçivəsində keçirilən “Şəhər inkişafında yaşıl texnologiyalar: dayanıqlı və dözümlü şəhərlərə keçidin sürətləndirilməsi” adlı sessiyada səsləndirib.

Onun sözlərinə görə, İƏT-ə üzv ölkələrdə urbanizasiya sürətlə davam edir və şəhər əhalisinin sayı artıq 1 milyard nəfəri ötüb. Bildirilib ki, bu göstəricinin 2035-ci ilə qədər 1,4 milyard nəfərə çatacağı proqnozlaşdırılır.

Əbu Naser Huda qeyd edib ki, bərpa olunan enerji, “ağıllı infrastruktur” və iqlimə davamlı şəhər planlaşdırılması kimi “yaşıl texnologiyalar” şəhərlərdə mənzil, nəqliyyat, su təchizatı və enerji sistemlərinə artan təzyiqə qarşı vacib həll vasitələridir.

Onun sözlərinə görə, dayanıqlı və dözümlü şəhərlərə keçidin sürətləndirilməsi üçün innovativ texnologiyaların tətbiqi xüsusi əhəmiyyət daşıyır.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.