Home » “SİMA İmza” Xalq Bankın “XalqOnline” sistemində

“SİMA İmza” Xalq Bankın “XalqOnline” sistemində

by anar
0 comments 3 views 1 minutes read

Xalq Bank “XalqOnline” mobil və internet bankçılıq sistemində SİMA yeni yeni nəsil rəqəmsal imzanın inteqrasiyasını həyata keçirib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC ilə əməkdaşlıq çərçivəsində reallaşan layihə XalqOnline istifadəçiləri üçün rəqəmsal əməliyyatları sadələşdirmək və təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədilə həyata keçirilib.

Artıq fiziki şəxslər “XalqOnline” sistemində gücləndirilmiş imza tələb edən əməliyyatlar üçün “SİMA İmza”dan istifadə edə bilərlər. Rəqəmsal imza vasitəsilə “XalqOnline” üzərindən ölkədaxili və ölkəxarici pul köçürmələri, eləcə də konvertasiya əməliyyatlarını icra etmək mümkündür. Bundan başqa, müştərilər onlayn ərizəni “SİMA İmza” ilə imzalayaraq debet kart sifarişi, kredit və hesab açılması üçün banka müraciət edə bilərlər.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.