Home » Sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard manatı ötüb

Sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard manatı ötüb

by Zeyneb
0 comments 1 views 1 minutes read

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda muzdlu işçilərin sayının və əməkhaqqı fondunun “ağarması” prosesi fonunda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard 19,8 milyon manat təşkil edib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 % və ya 61,2 milyon manat çoxdur. Son bir ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 8,9 % artaraq 706,1 milyon manata çatıb.

Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar da artım göstərib. Belə ki, bu istiqamətdə daxilolmalar 8,4 % artaraq 37,3 milyon manat təşkil edib. Qeyri-büdcə təşkilatları üzrə isə artım 12 % olub və daxilolmalar 29,9 milyon manata yüksəlib.

Eyni zamanda, il ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar 7,7 % azalaraq 163,3 milyon manat olub. Bu sahədə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 5,4 % azalaraq 115,7 milyon manat təşkil edib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.