Home » S&P Global Ratings: Brent nefti bu il 80 dollar, 2027-ci ildə 65 dollar olacaq

S&P Global Ratings: Brent nefti bu il 80 dollar, 2027-ci ildə 65 dollar olacaq

by Zeyneb
0 comments 1 views 1 minutes read

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi “Brent” markalı neftin qiyməti ilə bağlı yeni proqnoz açıqlayıb.

BBN.az xəbər verir ki, agentliyin qiymətləndirməsinə əsasən, cari ildə “Brent” neftinin bir barelinin orta qiymətinin 80 ABŞ dolları, 2027-ci ildə isə 65 dollar olacağı gözlənilir.

Hesabatda qeyd olunur ki, stress ssenarisi çərçivəsində daha pessimist vəziyyət də mümkündür. Belə ki, əgər neftin qiyməti bu il 130 dollara, 2027-ci ildə isə 100 dollara yüksələrsə, bu, xüsusilə enerji tutumlu və idxaldan asılı iqtisadiyyatlara ciddi təsir göstərə bilər.

Agentliyə görə, neft qiymətlərində kəskin artım enerji idxalından asılı ölkələrə qeyri-mütənasib təsir edir. Bu baxımdan, Mərkəzi və Şərqi Avropa regionu ən həssas bölgələrdən biri hesab olunur və qiymət dalğalanmaları həmin ölkələrin iqtisadiyyatına birbaşa təsir göstərir.

Qeyd olunur ki, yüksək neft qiymətləri bu region ölkələrinin kredit reytinqlərinə müxtəlif dərəcədə təsir edə bilər. Bununla belə, mənfi təsirlərin idarəolunan səviyyədə qalacağı gözlənilir və ölkələrin təsirlənmə dərəcəsi onların iqtisadi buferlərindən və həyata keçirdikləri siyasətlərdən asılı olacaq.

Həmçinin vurğulanır ki, Avropada təbii qaz qiymətləri 2022-ci ildə müşahidə olunan pik səviyyəyə yaxınlaşarsa, bu, Mərkəzi və Şərqi Avropa iqtisadiyyatlarına daha geniş mənfi təsir göstərə və kredit reytinqlərinin aşağı salınmasına təzyiqi artıra bilər.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.