İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalı “Startup School 2 – AI for Green Solidarity” (Yaşıl həmrəylik naminə süni intellekt) layihəsi ilə bağlı maarifləndirmə tədbirlərini davam etdirir. Bu qəbildən olan növbəti infosessiya Azərbaycan Dövlət Dəniz Akademiyasında keçirilib. Tədbirdə Akademiyanın professor, müəllim və tələbə heyəti iştirak edib.
Tədbir çərçivəsində “Enterprise Azerbaijan” portalının rəhbəri Mətanət Musayeva layihə haqqında görüş iştirakçılarına ətraflı məlumat verib. Portalın layihə meneceri Nəzrin Əkbərova komanda üzvlərinin seçilməsi, layihənin hazırlanması və portal üzərindən qeydiyyatının aparılması prosedurlarını izah edib. “Enterprise Azerbaijan” portalının xarici təcrübəçisi Peter Balogh isə startaplarla bağlı öz təcrübələrini tələbələrlə bölüşüb.
Tədbirin əsas məqsədi Azərbaycan Dövlət Dəniz Akademiyasının Tələbə Elmi Cəmiyyətinin bu tipli startap layihələrində aktiv iştirakının təmin edilməsi və tələbələrin ideyalarının biznesə çevrilməsinə dəstək olmaqdır.
Qeyd edək ki, İİTKM-in operatoru olduğu “Enterprise Azerbaijan” portalı “StartUp School 2 – AI for Green Solidarity” layihəsini ABŞ-ın Nevada Universiteti və Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzi ilə birgə həyata keçirir. Layihəyə sənəd qəbulu 2024-cü il fevral ayının 1-də başlayıb və martın 17-ə qədər davam edəcək.