Home » Taleh Kazımov ABŞ-yə işgüzar səfəri çərçivəsində bir sıra görüşlərdə iştirak etmişdir – Foto

Taleh Kazımov ABŞ-yə işgüzar səfəri çərçivəsində bir sıra görüşlərdə iştirak etmişdir – Foto

by ulviyya
0 rəy 3 baxış 1 dəqiqə oxuma

Azərbaycan Respublikasının Mərkəzi Bankının sədri Taleh Kazımov ABŞ-yə işgüzar səfəri çərçivəsində bir sıra görüşlərdə iştirak edib.

Belə ki, Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti Yaz Toplantıları çərçivəsində Qafqaz və Mərkəzi Asiya ölkələrinin maliyyə nazirləri və mərkəzi bank sədrləri ilə məhsuldar müzakirələrdə iştirak edib. Görüşdə ölkələrimizin əsas çağırışları və imkanları, eləcə də regional tərəfdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti Dünya Bankının (DB) baş icraçı direktoru Aksel van Trotsenburq ilə görüşüb. DB ilə Ölkə Tərəfdaşlıq Çərçivəsində fəaliyyət perspektivləri, eləcə də COP29 tədbiri ilə əlaqəli mümkün əməkdaşlıq imkanları görüşün əsas müzakirə mövzularından olub.

 

Eyni zamanda Yaz Toplantıları çərçivəsində Mərkəzi Bank heyətinin növbəti görüşü Clearstream şirkəti ilə keçirilib.Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti şirkətin Qlobal bazarlar üzrə məhsul idarəetməsinin rəhbəri Jan Vilyems və Asiya-Sakit Okean regionu Satış və Əlaqələrin idarə olunması üzrə rəhbəri Kristian Rosler ilə ikitərəfli əməkdaşlığın perspektivləri ilə bağlı müzakirələr aparıb.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.