Home » Taleh Kazımov: İslam maliyyəsi inklüziv iqtisadi inkişafın mühüm alətidir

Taleh Kazımov: İslam maliyyəsi inklüziv iqtisadi inkişafın mühüm alətidir

by Zeyneb
0 comments 0 views 1 minutes read

İslam maliyyəsi qlobal iqtisadi dəyişikliklər şəraitində inklüziv və dayanıqlı iqtisadi inkişafın mühüm aləti kimi çıxış edir.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunmuş “İslam Maliyyəsi üzrə 20-ci IsDB Qlobal Forumu”nda bildirib.

Onun sözlərinə görə, dünya iqtisadiyyatı hazırda dərin struktur dəyişiklikləri dövründən keçir və bu şəraitdə adaptiv və inklüziv maliyyə sistemlərinin qurulmasına ehtiyac artır. Risklərin bölüşdürülməsi və etik prinsiplərə əsaslanan İslam maliyyəsi isə bu istiqamətdə praktik həllər təqdim edir.

Taleh Kazımov qeyd edib ki, Azərbaycanda İslam maliyyəsinin uğurlu inkişafı üçün iki əsas istiqamət prioritet hesab olunur. Bunlardan biri hüquqi və tənzimləyici bazanın təkmilləşdirilməsi, digəri isə peşəkar insan kapitalının formalaşdırılması və inkişaf etdirilməsidir.

AMB sədri bildirib ki, İslam maliyyəsi alətlərinin tətbiqinin genişləndirilməsi məqsədilə Mülki Məcəlləyə, Vergi Məcəlləsinə və maliyyə qanunvericiliyinə dəyişikliklər hazırlanır. Məqsəd ənənəvi və İslam maliyyəsi arasında bərabər və neytral tənzimləmə mühitinin yaradılmasıdır.

Onun sözlərinə görə, bazar iştirakçılarının hazırlıq səviyyəsi nəzərə alınaraq ilkin mərhələdə “İslam pəncərəsi” modelinin tətbiqinə üstünlük verilib. Növbəti mərhələdə isə bazarın tələbatı qiymətləndirilərək daha geniş tətbiqlə bağlı qərarlar qəbul olunacaq.

T.Kazımov əlavə edib ki, Azərbaycan Mərkəzi Bankı tənzimləyici “sandbox” mexanizmindən də fəal şəkildə istifadə edir. Hazırda iki bank öz məhsullarını bu platformada sınaqdan keçirir və proses AMB-nin nəzarəti altında həyata keçirilir.

Mənbə: “Report”

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.