Home » Toyota Yaponiyada bütün istehsalı dayandırıb

Toyota Yaponiyada bütün istehsalı dayandırıb

by ulviyya
0 rəy 20 baxış 1 dəqiqə oxuma

Dünyanın ən böyük avtomobil istehsalçısı Toyota Yaponiyada bütün istehsalı dayandırıb. Buna səbəb isə istehsal sistemində yaranan nasazlıq ilə bağlıdır. 

BBN.az BBC Business nəşrinə istinadən xəbər verir ki, belə bir xətanın baş verməsi isə istehsalçı şirkət üçün labüd olan komponentlərin sifarişinin ləngidilməsinə səbəb olub. 

Şirkətin sözçüsü isə bildirib ki, hazırda olan problemin səbəbi haqqında araşdırırlar, ancaq bu fikirdədirlər ki, istehsal sistemində nasazlıq kiber hücum ilə əlaqəli deyil.  

Qeyd edək ki, bu gün şirkət Yaponiyada fəaliyyət göstərən 14 zavoddan 12-ni bağlayıb. Şirkət əməliyyatların nə zaman başlayacağı və xətadan dolayı hansı sayda itkilərin olacağı ilə bağlı isə bir açıqlama verməyib. Əlavə edək ki, ötən il onun təchizatçılarından birinin kiber hücuma məruz qalması nəticəsində Toyota bir gündə 13 000 avtomobil istehsalı itkisi ilə üzləşmişdi. 

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.