Home » Ukraynalı uşaqların Azərbaycan Milli Xalça Müzeyinə ekskursiyası təşkil edilib

Ukraynalı uşaqların Azərbaycan Milli Xalça Müzeyinə ekskursiyası təşkil edilib

by ulviyya
0 rəy 0 baxış 0 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət-Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ölkəmizə gətirilərək reabilitasiya xidmətləri göstərilən ukraynalı uşaqların Azərbaycan Milli Xalça Müzeyinə ekskursiyası təşkil olunub.

Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Yuri Qusev də uşaqlarla birgə Azərbaycan milli xalça sənətinin bədii incilərilə tanış olub. Onlara milli irsimizin nümunələri barədə geniş məlumat verilib.

Qeyd edək ki, Agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində yerləşdirilən uşaqların 10 günlük sosial reabilitasiya proqramı çərçivəsində emosional vəziyyətlərinin stabilləşməsinə dəstək göstərilir.

Bundan əvvəlki 6 qrupla birlikdə ümumilikdə 200-dən çox ukraynalı uşaq ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.