
Tokionun nəhəng addımı qlobal bazarlarda tarazlığı tamamilə dəyişib. Yaponiya hökumətinin yerli pensiya fondlarını xarici aktivlər əvəzinə daxili bazara daha çox investisiya qoymağa təşviq edəcəyi xəbəri valyuta bazarında bomba effekti yaradıb. Bu strateji qərarın ardınca Yaponiya yeni qlobal miqyasda kəskin bahalaşaraq digər aparıcı Asiya valyutalarını da arxasınca aparıb.
Dünyanın ən böyük pensiya fondlarından biri olan GPIF-in investisiya axınını daxili aktivlərə yönəltmə ehtimalı, son vaxtlar tarixi minimumlara geriləyən yen üçün güclü bir struktur dəstəyinə çevrilib. Bu xəbərin fonunda ABŞ dolları mövqeyini itirərək geri çəkilməyə başlayıb. İnvestorlar artıq süni müdaxilələrdənsə, bu cür fundamental və struktur dəyişikliklərin yenin gələcək taleyində daha həlledici rol oynayacağını düşünürlər.
Sözügedən qərar həm də daxili səhmlər və istiqrazlar üçün böyük bir kapital axını deməkdir. Hazırda qlobal birjalarda dolların geri çəkilməsi ilə yanaşı, digər əsas valyutalar da yen qarşısında dəyər itirməkdədir.




