“Visa” rəqəmsal valyuta yaratmaq üçün patent müraciəti edib

Maliyyə xidmətləri nəhəngi “Visa” korporasiyası ABŞ-ın Patent və Ticarət Nişanları İdarəsinə (USPTO) patent üçün müraciət edib. Belə ki, şirkət blokçeyn texnologiyasından istifadə etməklə mərkəzləşmiş rəqəmsal valyuta yaratmaq istəyir. Bu patent rəqəmsal dollar ilə yanaşı, funt-sterlinq, avro və yen valyutalarına da şamil edilir.

“Rəqəmsal Fiat Valyuta” (Digital Fiat Currency) olaraq adlandırılan bu patentin alınması üçün alınması üçün ilkin olaraq 2019-cu ilin noyabr ayında müraciət edilib.

Konqres rəqəmsal dollar ideyasını Covid-19 ilə əlaqədar üçüncü CARES yardım paketini müzakirə edərkən nəzərdən keçirib. Rəqəmsal dollar və rəqəmsal cüzdan son qanunvericilikdə daxil edilməsə də , ayrı-ayrı layihələr həm Nümayəndələr Palatasına, həm də Senata təqdim edilib.

Patent müraciətində müraciət edən “Visa International Service Association” olaraq qeyd olunub və müraciətdə mərkəzləşmiş rəqəmsal valyutanın iş prinsipi qeyd edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır