“Visa” universal ödəniş kanalı yaradacaq

Beynəlxalq ödəniş texnologiyaları nəhəngi “Visa” yeni bir innovativ layihəyə başlayacaq. Belə ki, şirkətin açıqlamasına görə, hal-hazırda “Universal Payment Channel” (UPC) adı altında yeni universal ödəniş kanalının yaradılması üçün araşdırmalara başlanılıb.

UPC kanalının əsas xüsusiyyəti bütün növ valyuta şəbəkələrini bir yerdə cəmləməsidir. Bu o deməkdir ki, bu kanal vasitəsilə həm ənənəvi valyutalar olan dollar, avro, funt-sterlinq və s. həm də blokçeyn şəbəkəsinin köməkliyi ilə kriptovalyutalarla təhlükəsiz ödənişlər həyata keçirmək mümkün olacaq.

Bununla yanaşı, bir çox ölkələrdə icrasına və ya sınaq mərhələsinə başlanılan Mərkəzi Bank Rəqəmsal Valyutalarının (CBDC) da bu ödəniş kanallarında istifadə edilə biləcəyi güman edilir.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır