“Winwatch” ağıllı ödəniş funksiyalı qol saatını satışa çıxarıb

Ödəniş texnologiyaları tətbiqetməsi “MuchBetter” və İsveçrə mərkəzli ağıllı saat istehsalçısı “Winwatch” ortaq tərəfdaşlıq ilə ağıllı təmassız ödəniş funksiyasına malik qol saatını müştərilərinin istifadəsinə təqdim ediblər. Bu qol saatı modelini digərlərindən fərqləndirən əsas faktor təmassız ödəniş funksiyasının saatın qırılmaz yaqut şüşəsi ilə infuziya edilməsidir.

Bu ağıllı saat vasitəsilə dünyada “MasterCard” ödənişlərinin qəbul olunduğu istənilən yerdə 45 funt-sterlinqə qədər təmassız ödəniş etmək imkanı əldə etmək olar. Ödənişlərin həyata keçirilməsi üçün ağıllı saatın “MuchBetter” ödəniş tətbiqetməsinə inteqrasiyasını təmin etmək lazımdır.

Ağıllı saatlar İsveçrənin şimal-qərbində yerləşən Solothurn qəsəbəsində hazırlanır. İlkin satış qiymətləri isə 295 İsveçrə frankı (518 manat) olaraq təyin olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır