Home » Xarici ticarət və ticarət tarifləri İşçi qrupunun iclası keçirilib

Xarici ticarət və ticarət tarifləri İşçi qrupunun iclası keçirilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiyanın Xarici ticarət və ticarət tarifləri üzrə İşçi qrupunun oktyabrın 29-da video-konfrans formatında iclası keçirilib.

İclasda 2021-ci il üçün Fəaliyyət Planının müvafiq bəndlərinin icrası çərçivəsində cari ilin yanvar-oktyabr ayları ərzində görülmüş işlər, ölkəmizin ixrac-idxal əməliyyatlarının asanlaşdırılması, xarici ticarət qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər haqqında fikir mübadiləsi  aparılıb.

2022-ci il üçün Fəaliyyət Planının layihəsinin hazırlanması məqsədilə İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən verilmiş təkliflər müzakirə edilib, müvafiq dəqiqləşdirmələr aparıldıqdan sonra növbəti ilin Fəaliyyət Planının tərtib edilməsi tövsiyə edilib.

İclasda aidiyyəti dövlət orqanlarının, palataların və digər qurumların məsul şəxsləri iştirak edib.

İclas zamanı həmçinin, Azərbaycanda yerli və xarici investorlar üçün yaradılmış əlverişli biznes mühiti haqqında təqdimatlar olub, görüləcək işlərlə bağlı müzakirələr aparılıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.