Home » “Yaşıl enerji məkanı” Alt İşçi qrupunun növbəti iclası keçirilib

“Yaşıl enerji məkanı” Alt İşçi qrupunun növbəti iclası keçirilib

by Zeyneb
0 comments 1 views 1 minutes read

“Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” layihəsinin hazırlanması məqsədilə görülən işlər çərçivəsində yaradılmış “Yaşıl enerji məkanı” üzrə Alt İşçi qrupun növbəti iclası keçirilib.

Energetika naziri Pərviz Şahbazovun rəhbərliyi ilə keçirilmiş iclasda Strategiya layihəsinin hazırlanması üzrə görülmüş işlər, təklif olunan fəaliyyət istiqamətləri və tədbirlər barədə məlumat verilib. “Yaşıl enerji məkanı” məqsədi üzrə ekspertlər qrupu tərəfindən hazırlanmış hədəf göstəricilərinə, fəaliyyət istiqamətlərinə və tədbirlərə dair ilkin təkliflər nəzərdən keçirilib, icra ediləcək tədbirlərin yekun variantının Alt İşçi qrupunun növbəti iclasına qədər təqdim olunması qərara alınıb.

Qeyd edək ki, “Yaşıl enerji məkanı” Alt İşçi qrupu Nazirlər Kabinetinin 2025-ci il 18 iyun tarixli Sərəncamına əsasən, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq yaradılıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.