Home » Yaşıl Kart Sistemi çərçivəsində rəsmiləşdirilmiş müqavilələrinin sayı kəskin artıb

Yaşıl Kart Sistemi çərçivəsində rəsmiləşdirilmiş müqavilələrinin sayı kəskin artıb

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

2022-ci ilin müvafiq dövründə 22 187 sığorta müqaviləsi rəsmiləşdirilmiş və həmin müqavilələr üzrə 3.018.594 manat sığorta haqqı toplanmışdır. 2021-ci il ərzində isə 16 177 sığorta müqaviləsi rəsmiləşdirilmiş və 2.423.309 manat sığorta haqqı toplanmışdı.

İcbari Sığorta Bürosunun yaydığı məlumatda bildirilir ki,12 aylıq nəticələrə əsasən sığorta müqavilələrinin sayında 37%, sığorta haqlarında isə 25% artım olmuşdur.

2021-ci il ərzində Yaşıl Kart sığorta müqavilələri üzrə ortalama sığorta haqqı 150 manat, 2022-ci ilin müvafiq dövründə isə 136 manat olmuşdur.

2021-ci il ərzində ölkə xaricində baş vermiş 233 yol-nəqliyyat hadisəsinə görə 712.397 manat, 2022-ci ilin müvafiq dövründə isə 291 yol-nəqliyyat hadisəsinə görə 910.421 manat sığorta ödənişi həyata keçirilmişdir. Beləliklə, sığorta ödənişlərinin həcmində 28%, sayında isə 25% artım müşahidə edilmişdir. 2021-ci il ərzində bir hadisə üzrə orta sığorta ödənişi 3.057 manat, 2022-ci il ərzində isə 3.128 manat təşkil etmişdir. 2021 və 2022-ci illər ərzində hadisələrin baş verdiyi ölkələr əsasən Rusiya və Türkiyə olmuşdur. Rusiyada baş verən hadisələr üzrə 2021-ci ildə verilmiş orta sığorta ödənişləri 2.869 manat, 2022-ci ildə isə 3.509 manat təşkil etməklə təxminən 22% artmışdır.

2021- 2022 -ci illərdə xarici ölkələrdə baş vermiş hadisələr üzrə ümumi zərərlilik nisbətlərində fərqlilik müşahidə olunmuşdur. Belə ki, 2021-ci ildə toplanan sığorta haqlarının 29%-i həcmində sığorta ödənişi verilmiş, 2022-ci ildə isə bu rəqəm 30% təşkil etmişdir.

Beynəlxalq Yaşıl Kart Sisteminə üzv və xaricdə qeydiyyata alınmış nəqliyyat vasitələrinin 2021-ci il ərzində ölkə daxilində törətdikləri 47 yol-nəqliyyat hadisəsinə görə 100.139,92 manat, 2022-ci ilin müvafiq dövründə isə 57 yol-nəqliyyat hadisəsinə görə 139.947,25 manat sığorta ödənişi həyata keçirilmişdir. 2021-ci il ərzində bir hadisə üzrə orta sığorta ödənişi 2.130 manat, 2022-ci il ərzində isə 2.455 manat təşkil etmişdir. Beləliklə, orta sığorta ödənişi 15% artmışdır.

Aşağıdakı cədvəldə Beynəlxalq Yaşıl Kart Sisteminə üzv və xaricdə qeydiyyata alınmış nəqliyyat vasitələrinin 2021 və 2022-ci illərdə ölkəmizdə törətdikləri qəzalar barədə statistik məlumatlar ölkələr üzrə təqdim edilir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.