
İqtisadiyyat Nazirliyi tərəfindən baza ssenaridə orta illik inflyasiya göstəricisi 2025-ci ildə 5,4%, 2026-cı ildə 4,8%, 2027–2029-cu illərdə isə illik orta hesabla 4,3% səviyyəsində proqnozlaşdırılıb.
Bu barədə məlumat “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Sənəddə qeyd olunur ki, inflyasiya proqnozları dünya üzrə əmtəə, xüsusilə də ərzaq məhsullarının qiymətlərində nisbətən azalma, bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənnə indeksinin dinamikası və məzənnənin sabit qalması kimi fərziyyələr, eləcə də tənzimlənən mal və xidmətlərin tarif dəyişikliklərinin təsirləri nəzərə alınmaqla hazırlanıb.







