![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) Assambleyasının 13-cü Sessiyasında qəbul edilmiş qərara əsasən, Azərbaycan 2023-2024-cü illər üzrə IRENA Şurasına üzv seçilib.
Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Qurumun Nizamnaməsinə əsasən, Şuranın tərkibi 4 regional qrup üzrə 21 üzvdən ibarət olmaqla formalaşdırılır. Azərbaycanın da yer aldığı qrupa ümumilikdə 52 ölkə daxildir və yalnız 7 ölkə – Azərbaycan, Almaniya, İtaliya, Portuqaliya, İspaniya, ABŞ və Kanada Şuraya üzv seçilib.
IRENA Şurası qurumun fəaliyyətinin təşkili üzrə bir sıra səlahiyyətlərə malikdir və Assambleya tərəfindən ona həvalə edilmiş funksiyaları həyata keçirir.