Visa tərəfindən edilən açıqlamada təxminən 20 il davam edən məhkəmə çəkişmələrindən sonra şirkətin 90%-dən çoxu kiçik biznes olan pərakəndə satıcılarla kredit və debet kartı haqlarının azaldılması və rüsumların 2030-cu ilə qədər məhdudlaşdırılması ilə bağlı mühüm razılaşma əldə edildiyi ifadə edildi.
BBN.az bu barədə Bloomberg Türkiyə-yə istinadən xəbər verir.
Mastercard-dan verilən açıqlamada isə pərakəndə satış şirkətləri ilə kredit kartı haqlarının minimum 5 il azaldılması üçün razılığa gəldiyi qeyd edilib.
ABŞ mətbuatında yer alan xəbərlərdə deyilir ki, saziş pərakəndə təchizatçılara 5 ərzində təqribən 30 milyard dollar qənaət edəcək.
Antiinhisar müqaviləsi məhkəmə tərəfindən təsdiqləndiyi halda 2005-ci ildə ölkə üzrə qaldırılan iddiaların əksəriyyəti öz həllini tapacaq.