Home » Kiberdələduzlar tərəfindən “app.ctost.com” domeni altında dələduzluq platforması yaradılıb

Kiberdələduzlar tərəfindən “app.ctost.com” domeni altında dələduzluq platforması yaradılıb

by ulviyya
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Kiberdələduzlar tərəfindən “app.ctost.com” domeni altında dələduzluq platforması yaradılıb.

Bu barədə BBN.az-a Elektron Təhlükəsizlik Xidmətindən (ETX) bildirilib.

“Belə ki, platforma vasitəsilə vətəndaşlar maliyyə piramidasına cəlb olunaraq asan qazanc vədləri təklif edilir. Dələduzluq prosesi zamanı vətəndaşa sorğu forması göndərilir və forma doldurulduqdan sonra ona məxsus hesab yaradılır. Növbəti mərhələdə hesaba daxil olmaq üçün şifr və giriş keçidi göndərilir”,- deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, bu dələduzluq növündə əsas məqsəd vətəndaşda inam yaradaraq platformaya daha yüksək məbləğlərin köçürülməsidir.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə hallara qarşı diqqətli olmağı, asan qazanc vədlərinə aldanmamağı, şübhəli keçidlər vasitəsilə fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi tövsiyə edir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.