Home » Meta Instagram və WhatsApp satmalı ola bilər

Meta Instagram və WhatsApp satmalı ola bilər

by yunus
0 comment 0 views 1 minutes read

Sosial media nəhəngi Facebook ABŞ-da yerləşən ciddi hüquqi mübarizənin mərkəzində qalmaqda davam edir.

Facebook, 2020-ci ilin dekabrında ABŞ Federal Ticarət Komissiyası (FTC) tərəfindən məhkəməyə verildi. Bu işin mərkəzində şirkətin rəqabətə zidd davranışları və sosial media sahəsində monopoliya yaratması dayanırdı.

BNN.az xəbər verir ki, FTC, Meta-nı “Instagram” və “WhatsApp”ı əldə etməklə, sosial şəbəkə bazarında hökmranlıq etməkdə ittiham edir. Agentlik bu iki xidmətin “Meta” korporasiyasından ayrılmasını israr edir.

2020-ci oldə Facebook-un qanuni qərarla həm WhatsApp, həm də Instagram platformalarını satmağa məcbur edilə biləcəyi bildirilmişdi, lakin məhkəmə bu məsələ ilə bağlı qərar qəbul etməmişdi. Çünki məhkəmə kifayət qədər sübut olmadığı üçün Facebook-un “qanunsuz monopoliya qurması” iddiasını qəbul etməmişdi.

FTC Facebook-a qarşı antiinhisar addımını yeniləyərək, yenidən şirkətdən Instagram və WhatsApp-ı satmasını tələb edir. Hələlik bu məsələlərlə bağlı qəti qərar yoxdur.

Facebook “qanunsuz monopoliya qurmaq” iddiasını açıq şəkildə rədd edir və  proseslə bağlı hüquqi mübarizəni davam etdirəcəklərini bildirir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.