
Azərbaycanda “e-mühasibat” informasiya sistemi haqqında Əsasnamə təsdiqlənib.
FED.az xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın tələblərinə uyğun tədbirlərin həyata keçirilməsini təmin etməlidir. Bu tədbirlər həmçinin elektron hökumətlə bağlı Prezidentin 2018-ci il 12 sentyabr tarixli Fərmanından irəli gələn öhdəlikləri əhatə edir.
Qeyd edək ki, hazırda Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı 5,7 mini ötüb.







