Home » Nikkei 225 indeksi ilk dəfə 45 min bəndi keçdi

Nikkei 225 indeksi ilk dəfə 45 min bəndi keçdi

by Zeyneb
0 comments 0 views 0 minutes read

Yaponiyanın Nikkei 225 indeksi tarixdə ilk dəfə olaraq 45 min bənd həddini aşaraq yeni rekorda imza atıb.

Səhər ticarətində indeks 45 055,38 bəndə yüksəlib ki, bu da cümə günü bağlanış göstəricisindən 287,26 bənd və ya 0,6% çoxdur. Daha sonra investorların mənfəəti fiksasiya etməsi səbəbindən artım bir qədər zəifləyib. Qeyd edək ki, Yaponiyanın fond bazarı bazar ertəsi dövlət bayramı ilə bağlı fəaliyyət göstərməyib.

Artımın əsas səbəbi yarımkeçirici şirkətlərin səhmlərinin bahalaşması olub. Lider mövqedə Tokyo Electron yer alıb – şirkətin səhmləri 3% bahalaşıb. AdvantestSoftBank səhmləri isə 2% artıb, lakin sonradan qiymətlərdə korrektə müşahidə olunub.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.