1

Noyabrın 7-də Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən milli valyutada olan vəsaitlərin yerli banklarda depozitə yerləşdirilməsi məqsədilə növbəti depozit hərracı təşkil edilib.
Maliyyə Nazirliyindən verilən məlumata görə, xəzinə hesabının 1,09 milyard manat həcmində qalığı 7% orta çəkili faiz dərəcəsi ilə saxlanılacaq.
Depozitlər kapitallaşma və aktivlərin həcminə görə ölkənin ən iri beş bankından təklif təqdim edən dörd bankda, 28 gün müddətinə yerləşdirilib.







