Home » AMB: Azərbaycanda sığorta sektorunun dərinliyi inkişaf etmiş ölkələrlə müqayisədə xeyli aşağıdır

AMB: Azərbaycanda sığorta sektorunun dərinliyi inkişaf etmiş ölkələrlə müqayisədə xeyli aşağıdır

by Zeyneb
0 comments 0 views 1 minutes read

Azərbaycanda sığorta sektorunun dərinliyi region ölkələrinə yaxın olsa da, inkişaf etmiş ölkələrlə müqayisədə xeyli aşağı səviyyədədir.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Sektorunun Davamlı İnkişafı Departamentinin direktoru Rüstəm Tahirov AmCham tərəfindən Bakıda təşkil edilən “Bank və sığorta sektorlarının inteqrasiyası” mövzusunda keçirilən tədbirdə bildirib.

AMB rəsmisinin sözlərinə görə, sığorta sektorunun dərinliyi məcmu sığorta haqlarının ÜDM-dəki payı ilə ölçülür və son illər bu göstəricidə müsbət dinamika qeydə alınır.

2023-cü ildə:

  • Sığorta haqlarının ÜDM-də payı 1,1%,

  • Qeyri-neft-qaz ÜDM-də payı isə 1,8% təşkil edib.

R.Tahirov bildirib ki, ölkədə ümumi sığorta penetrasiyasının 10–20% həddinə çatdırılması hədəflənir və optimal hədd ölkənin spesifikasına uyğun müəyyən edilməlidir.

AMB rəsmisi əlavə edib ki, ötən il Azərbaycanda adam başına düşən sığorta haqqı 132 manat olub.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.