Home » Əsas kapitala yönəldilən investisiyalar 11 ayda 3% artıb

Əsas kapitala yönəldilən investisiyalar 11 ayda 3% artıb

by Zeyneb
0 comments 0 views 1 minutes read

2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycanda əsas kapitala 16 milyard 658,9 milyon manat məbləğində investisiya yönəldilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 3% çoxdur. Məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb.

Hesabat dövründə neft-qaz sektoruna yatırımlar 8,5% azalaraq, qeyri-neft-qaz sektoruna investisiyalar isə 8,3% artıb.

İstifadə olunmuş investisiyaların strukturu belə olub:

  • 50,6% – məhsul istehsalı sahələri (8 421,2 mln manat),

  • 33,7% – xidmət sahələri (5 614,3 mln manat),

  • 15,7% – yaşayış evlərinin tikintisi (2 623,4 mln manat).

Əsas kapitala yönəldilən investisiyaların 78%-i (12 987,5 mln manat) daxili mənbələr hesabına formalaşıb. Yatırımların 76,2%-i (12 687,9 mln manat) isə tikinti-quraşdırma işlərinə sərf olunub.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.