19 yanvar 2026 | BBN.az
Asiya fond bazarlarında həftənin ilk ticarət günündə eniş qeydə alınıb. ABŞ Prezidenti Donald Trampın Avropanın bir sıra ölkələrinə qarşı əlavə idxal tarifləri tətbiq edəcəyi ilə bağlı açıqlaması qlobal bazarlarda risk iştahını azaldıb.
Reuters-in məlumatına görə, Yaponiyanın Nikkei 225 indeksi 1,4%, Yaponiya xaric Asiya-Sakit okean regionunu əhatə edən MSCI indeksi isə 0,3% geriləyib.
ABŞ bazarlarının bayram səbəbilə bağlı olması fonunda S&P 500 fyuçersləri 0,8%, Nasdaq fyuçersləri isə 1,1% azalıb. Avropada EUROSTOXX 50 və DAX fyuçersləri 1,3%, FTSE fyuçersləri isə 0,6% geriləyib.





