1

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 30,7 mindən çox artaraq 2,2 milyon vahidi ötüb.
Bu barədə “Report”a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.
Məlumata görə, hesabat dövründə qeydə alınan sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 4,3 mindən çox, fiziki şəxslər üzrə 24,6 mindən çox, torpaq mülkiyyətçiləri üzrə isə 1,7 mindən çox artıb.
DSMF-dən bildirilib ki, fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayındakı artım məşğulluğun və sosial sığorta münasibətlərinin genişlənməsinin göstəricilərindən biridir.




