Home » Nvidia Asiyada alıcı siyahısını yarıbayarıya azaldı: Çin təzyiqləri fonunda ciddi addım

Nvidia Asiyada alıcı siyahısını yarıbayarıya azaldı: Çin təzyiqləri fonunda ciddi addım

by yunus
0 comments 0 views 1 minutes read

Nvidia, süni intellekt çiplərinin Çinə qeyri-qanuni yollarla ötürülməsinin qarşısını almaq üçün Asiyadakı alıcı siyahısını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb.

“Financial Times”ın məlumatına görə, ABŞ-ın ixrac məhdudiyyətləri və Vaşinqtondan gələn təzyiqlər fonunda şirkət daha ciddi uyğunluq yoxlamaları tətbiq etməyə başlayıb. Nvidia, Sinqapur, Malayziya və Yaponiya kimi ölkələrdəki müştəriləri üçün yeni “ağ siyahı” (white list) yaradaraq, əvvəlki alıcılarının yarısından çoxunu bu siyahıdan kənarlaşdırıb.

Bu addım, ABŞ-ın Çin şirkətlərinin qabaqcıl texnologiyalara çıxışını bağlamaq üçün mövcud boşluqları aradan qaldırmaq cəhdləri ilə bağlıdır. Xatırladaq ki, daha əvvəl ABŞ prokurorları “Supermicro”nun bəzi əməkdaşlarını Nvidia çiplərinin Cənub-Şərqi Asiya vasitəsilə Çinə qaçaqmalçılıq yolu ilə daşınmasına kömək etməkdə günahlandırmışdı.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.