Home » ADIF ləğv prosesində olan banklarda şəhid və yaralanan hərbçilərin kredit borclarının silinməsini təmin etdi

ADIF ləğv prosesində olan banklarda şəhid və yaralanan hərbçilərin kredit borclarının silinməsini təmin etdi

by bbnadm
0 comments 1 views 1 minutes read

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zəfər yürüşü siyasi müstəvidə qazanılan qələbə ilə başa çatdı. Torpaqlarımız işğaldan azad edildi, bununla da beynəlxalq hüququn norma və prinsipləri, tarixi ədalət bərpa edildi. Qələbə ölkəmizin beynəlxalq nüfuzunu daha da yüksəldərək, bugünki və gələcək nəsillərin qürur mənbəyinə çevrildi.

Bu tarixi qələbə unudulmaz şəhidlərimizin, qazilərimizin qanı, canı, mərdliyi ilə savaş meydanında qazanılmışdır. Azərbaycan dövləti hər zamankı kimi vətəndaşının, hərbçilərimizin yanındadır. Dövlətimiz Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə dərin ehtiramla diqqət və qayğı göstərir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən Müdafiə Nazirliyinin rəsmi siyahısında yer almış torpaqların azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş hərbiçilərin ləğv prosesində olan banklardakı kreditlər borclarını və onlara hesablanmış faizlər və digər ödəmələrin, həmçinin düşmən təxribatı nəticəsində həyatını itirmiş mülki vətəndaşlarımızın ləğv prosesində olan banklardakı kredit borcları və onlara hesablanmış faizlər və digər ödəmələrin tam həcmdə silinməsi təmin olunmuşdur.

Allah şəhidlərimizə rəhmət etsin. Qarabağ Azərbaycandır!

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.