
24 oktyabr 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası “Zoom” platforması üzərindən keçirilmişdir.
Iclasda bankların icra prosesində qarşılaşdıqları hallar və digər cari məsələlər müzakirə edilib.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 2 qeyri-bank kredit təşkilatı, 3 digər təşkilat olmaqla, ümumilikdə 27 təşkilat ABA-nın üzvüdür.







