Avqust ayında ABŞ-də inflyasiya 2.5%-ə qədər azalıb və bu isə son 3 ildən çox bir dövrdə ən aşağı göstərici hesab edilir. İllik əsasda ümumi rəqəmlərdə isə artım müşahidə edilib.
BBN.az bu barədə NBC News kanalına istinadən xəbər verir.
Eyni zamanda ipoteka kreditləri üzrə faiz dərəcəsi də 2023-cü ilin oktaybrında qeydə alınan ən yüksək 8,03%-dən 6.11%-ə qədər enib. Bu isə mənzil alıcıları üçün xoş xəbər hesab edilir.
Qeyd edək ki, bildirilir ki, ABŞ Mərkəzi Bankının (FED) növbəti həftə uçot faiz dərəcəsi ilə bağlı qərarı açıqlanacaq ki, bu yeni rəqəmlər isə əminlik yaradır ki, FED-in qərarı uçot faiz dərəcəsini azaltmaq yönündə olacaq.