ABŞ hökuməti İranın dondurulmuş 6 milyard dollar vəsaitindən istifadəyə razılıq verib.
BBN.az NBC News TV-yə istinadən xəbər verir ki, razılaşmaya əsasən İran qeyd edilən dondurulmuş neft pullarından ölkəsində yalnız humanitar məqsədlər üçün istifadə edə bilər. Ancaq İran prezidenti Ebrahim Raisi isə NBC News TV-nin xəbərlər departamentinin direktoru Lester Holt ilə eksklüziv müsahibəsində isə bildirib ki, bu pullar İranındır və ondan ehtiyacı olan sahələrdə istifadə etmək hüququna sahibdir.
Qeyd edək ki, ABŞ hökuməti ilə İran hökuməti arasında bu razılığın bir hissəsi olaraq 5 nəfər əsirlikdə olan əsirlərin də dəyişdirilməsi baş tutub.