Home » ABŞ sosial media istifadəçiləri X-ə alternativ olan Bluesky-yə qoşulurlar

ABŞ sosial media istifadəçiləri X-ə alternativ olan Bluesky-yə qoşulurlar

by yunus
0 comments 0 views 1 minutes read

ABŞ sosial media istifadəçiləri İlon Maska məxsus X-ə alternativ olan Bluesky platformasına müraciət etməyə başlayıblar.

BBN.az The Verge saytındakı məlumata istinadən xəbər verir ki, keçən həftə keçirilən seçkilərdən bəri Bluesky-ə 700 mindən çox yeni istifadəçi qoşulub. Twitter-in qurucusu və baş direktoru Cek Dorsi tərəfindən qurulan Bluesky, dünya üzrə 14,5 milyon istifadəçiyə çatıb.

Platforma ABŞ-da Threads-dən sonra ən çox istifadə edilən ikinci sosial media proqramı oldu.

Bluesky Baş Əməliyyat Direktoru (COO) Rose Wang, yeni istifadəçilərin əksəriyyətinin ABŞ-dan olduğunu bildirdi.

2019-cu ildə Twitter daxilində bir layihə olaraq qurulan Bluesky, 2022-ci ildə müstəqil bir şirkət oldu.

Sentyabrda Braziliyada X dayandırıldıqdan sonra hazırda Jay Graber tərəfindən idarə olunan platformaya 3 milyon yeni istifadəçi qoşuldu.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.