

Aİ Komissiyasının verdiyi açıqlamayda bildirilib ki, TikTok-un “uşaqların müdafiəsi, şəffaf reklam, tədqiqatçılar üçün məlumatların əldə edilməsi və platformanın asılılıq yaradan dizaynı və zərərli məzmun riskləri” ilə bağlı DSA qaydalarını pozub-pozmadığı araşdırılacaq.
BBN.az xəbər verir ki, rəsmi araşdırma TikTok-un 2023-cü ilin sentyabrında Komissiyaya təqdim etdiyi hesabata və məlumat sorğularına verilən cavablardan sonra aparılan ilkin araşdırmadan sonra başlayıb.
Araşdırma platformanın yetkinlik yaşına çatmayanların məxfiliyini və təhlükəsizliyini yüksək səviyyədə təmin etmək üçün adekvat olub-olmadığını araşdıracaq.