Energetika naziri Pərviz Şahbazov ölkəmizdə səfərdə olan Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harmsın rəhbərlik etdiyi şirkət təmsilçilərindən ibarət nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycanın enerji keçidi gündəliyində duran məsələlər, ölkədə həyata keçirilən və planlaşdırılan yaşıl enerji layihələri, həmçinin yaşıl hidrogen də daxil olmaqla bərpa olunan enerjinin ixracı planları haqqında məlumat verilib. Günəş və külək enerjisi layihələri, bioenerji, yaşıl hidrogen, enerji səmərəliliyi, yaşıl texnologiyaların istehsalı kimi sahələrdə Alman şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib.