Home » AMB: Azərbaycanda illik inflyasiya hədəf daxilində qalır

AMB: Azərbaycanda illik inflyasiya hədəf daxilində qalır

by Zeyneb
0 comments 0 views 1 minutes read

Azərbaycanda illik inflyasiya hədəf diapazonu daxilindədir və baza ssenarisi üzrə proqnoz trayektoriyasına uyğun hərəkət edir.

Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Mərkəzi Bankın açıqlamasına görə, cari və növbəti ildə də illik inflyasiyanın hədəf daxilində qalacağına dair proqnoz dəyişməz saxlanılıb.

Bununla yanaşı, AMB inflyasiyanın xarici mənşəli xərc amillərində müəyyən aktivləşmənin müşahidə edildiyini bildirib.

Qeyd olunub ki, ötən iclasdan sonra qlobal iqtisadi mühitdə baş verən dəyişikliklər xarici inflyasiya risklərinin yüksəlməsi ehtimalını artırır. Dünya ərzaq və gübrə qiymətlərində artım, nəqliyyat-logistika xərclərinin yüksəlməsi, ticarət tərəfdaşı olan ölkələrdən inflyasiya idxalının genişlənməsi, eləcə də nominal effektiv məzənnənin möhkəmlənmə tempinin yavaşlaması inflyasiyaya əlavə təzyiq yarada bilər.

AMB bildirib ki, bu amillərin dayanıqlılığı ilə bağlı hazırda dərin təhlillər aparılır.

Mərkəzi Bankın qiymətləndirməsinə əsasən, daxili iqtisadi mühitdə isə mövcud fiskal və pul siyasəti şəraitində məcmu tələbin izafi genişlənməsi ehtimalı yüksək deyil.

“Cari və növbəti ildə illik inflyasiyanın hədəf daxilində qalacağı proqnozu dəyişməz qalır”, – deyə AMB bəyan edib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.