Home » Apple Siri-ni tamamilə yeniləyir

Apple Siri-ni tamamilə yeniləyir

by yunus
0 comment 0 views 1 minutes read

Apple rəqəmsal köməkçisi Siri-ni yenidən dizayn etmək üçün böyük bir addım atır. Şirkət ChatGPT və digər süni intellektə əsaslanan xidmətlərlə rəqabət aparmaq üçün “LLM Siri” adlı yeni nəsil sistemi inkişaf etdirmək prosesindədir. Siri-nin bu daha təkmil və interaktiv versiyasının 2026-cı ildə istifadəçilərə təqdim edilməsi planlaşdırılır.

BBN.az xəbər verir ki,Apple bir ildən artıqdır ki, bu yeniliyi sınaqdan keçirir.

Yeni Siri böyük dil modellərindən (LLM) istifadə edərək daha təbii, insana bənzər söhbətlər apara biləcək. O, həmçinin daha mürəkkəb sorğulara daha sürətli cavab verməklə istifadəçi təcrübəsini yaxşılaşdırmaq məqsədi daşıyır. Daxili mənbələrə görə, bu texnologiya indiki Siri interfeysini əvəz edəcək və iOS 19 və macOS 16 yeniləmələri ilə birlikdə elan ediləcək.

Siri-nin yeni versiyası mətnin yazılması, ümumiləşdirmə aparmaq kimi funksiyaları təklif edəcək. Apple, bu yeni Siri-ni bu il təqdim etdiyi Apple Intelligence platforması ilə inteqrasiya olunaraq işləyəcəyini bildirdi.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.